2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Fransa Ermənistanı dəstəkləməklə onun törətdiyi insanlıq əleyhinə cinayətlərə şərik olur

Fransanın Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarı ilə bağlı tələm-tələsik bəyanat verərək, guya qərarın Fransanın mövqeyinə uyğun olduğu təəssüratı yaratmağa çalışmışdır.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

“Fransız diplomatiyasına yaxşı məlumdur ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarında sadəcə Azərbaycanın onsuz da atmaqda olduğu addımlar sadalanıb. Azərbaycan etnik və dini mənsubiyyətindən asılı olmayaraq, öz ərazisində yaşayan bütün insanların hüquqlarını təmin edir. Azərbaycan Qarabağ bölgəsindən köçmüş ermənilərin qayıdış hüququ ilə bağlı öz siyasətini aydın bəyan edib.

Ona görə də Fransanın bu məsələyə müdaxilə etməsi yersizdir, əsassızdır və təxribat xarakteri daşıyır.

Yaxşı olardı ki, Fransa iradlarını özünə və qovulmuş azərbaycanlıların qayıdışına hətta nəzəri olaraq belə razılıq verməyən Ermənistan hökumətinə yönəltsin. Fransa Ermənistanı qeyd-şərtsiz dəstəkləməklə onun törətdiyi insanlıq əleyhinə cinayətlərə, o cümlədən azərbaycanlıların qayıdış hüququnu pozmasına şərik olur.

Qərbi Azərbaycan İcması Fransanın insan hüquqları kimi ülvi dəyərdən sui-istifadə edərək regionda mənfur neokolonial məqsədlərini irəlilətmək cəhdlərini ifşa etməkdə davam edəcək”, – bəyanatda qeyd olunub.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button