2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Fuad Əhmədliyə qarşı işdə görünməmiş rüsvayçılıq üzə çıxdı FOTO

AXCP Xətai şöbəsi Gənclər Komitəsinin sədri Fuad Əhmədlinin məhkəməsində biabırçı mənzərə yaşanıb. Belə ki, mayın 11-də keçirilən iclasda zərərçəkən qismində Məmməd Quliyev ifadə verib. Biabrırçılıq isə burasındadır ki, həmin adam hazırda polisin axtarışındadır. Adamın şəkili Bakı Şəhər Baş Polis İdarəsinin axtarışda olanlar siyahısını bəzəyir. Və şəkilin böyrünə Bakı polisi bu cür də yazıb:
* Quliyev Məhəmməd Mirzağa oğlu. 18.10.1989-cu ildə anadan olub. 09.07.15-ci il tarixdən CM-in 178.2.4-cü maddəsi ilə axtarışdadır.

Saytların yığılması Saytlarin yigilmasi

Diqqət etdinizmi, 2015-ci ilin 9 iyul tarixindən indiyədək axtarışdadır. Şəkilin və məlumatın Bakı polisinin saytında, daha doğrusu axtarışda olanlar siyahısında saxlanması o deməkdir ki, axtarış davam edir.

Amma adam əl-qolunu sallaya-sallaya gəlib məhkəmədə, özü də zərərçəkən kimi ifadə verir.

Məhkəmədən reportaj birazdan saytımızda olacaq və bu epizod da orada işıqlandırılacaq.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button