2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Gəncədə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib

Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq Gəncə şəhərində silsilə tədbirlər keçirilir.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un Qərb bürosunun məlumatına görə, silsilə tədbirlər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki Baş Konsulluğunun və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 28 nömrəli tam orta məktəbin həyətində ağacəkmə aksiyası gerçəkləşib.

Aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, müəllim və şagird kollektivi iştirak ediblər. Ağacəkmə aksiyasında Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar olaraq 100 ədəd ağac əkilib, onlara aqrotexniki qulluq göstərilib.

Aksiyadan sonra məktəbin kollektivi tərəfindən tədbirin bədii hissəsi keçirilib. Əvvəlcə Türkiyə və Azərbaycanın Dövlət Himnləri səsləndirilib. Daha sonra hər iki ölkənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Türkiyə Cümhuriyyətinin tarixi barədə çıxışlar dinlənilib. Məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri müxtəlif kompozisiyalarla çıxış ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button