2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Gəncənin İcra Başçısı ”Neftçi” rəsmilərini VİP-lojadan qovuzdurub

Elmar Vəliyevin göstərişi ilə ”Kəpəz”i alqışlamayanların stadiondan uzaqlaşdırıldığı bildirilir

“Gəncənin icra başçısı Elmar Vəliyev “Kəpəz”in ev oyunlarında şəxsən stadionda olur və komanda hücum edəndə, qol vuranda, kimsə əl çalmasa, onu stadiondan qovdurur”.

Bunu “Komanda.az” saytının baş redaktoru Rəşad Ergün öz “Facebook” səhifəsində yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Bəlkə də Gəncədə keçirilən oyunlarda anşlaq olmasının səbəbkarı da icra başçısıdı, insanları zorla stadiona gətirdir” – baş redaktor qeyd edib.

Noyabrın 27-də “Kəpəz” – “Neftçi” qarşılaşması keçirilib və oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsilə başa çatıb.

Oyun zamanı “Neftçi” PFK-nın rəsmiləri, eləcə də futbolçuları VİP-lojadan kənarlaşdırılıb. Oyunu izləyən azarkeşlərin məlumatına görə, buna səbəb klub əməkdaşlarının “Kəpəz”in qələbəsini alqışlamaması olub. Onların icra başçısının göstərişi ilə lojadan kənarlaşdırıldığı bildirilir.

Məsələ ilə bağlı “Neftçi” Futbol Klubu da bəyanat yayıb.

Bəyanatda deyilir: “Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində 27 noyabr 2016-cı il tarixində Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Neftçi” matçında xoşagəlməz hal baş verib. Oyunun ilk hissəsinin əvvəlində “Neftçi” PFK-nın rəsmiləri, eləcə də futbolçuları VİP-lojadan kənarlaşdırılıb.

Bildiririk ki, “Kəpəz” PFK tərəfindən çempionatın əsasnamə şərtləri və iki klub arasındakı rəsmi razılaşma sənədinin bəndləri kobud şəkildə pozulub.

2016/17-ci il futbol mövsümündə Azərbaycan Premyer Liqası və 1-ci divizion klubları üçün Azərbaycan çempionatının və Azərbaycan kuboku uğrunda yarışların əsasnaməsini (“Yarışların yeri” bəndi) rəhbər tutaraq bildiririk ki, meydan sahibi klub aşağıda sadalanan şərtləri təmin etməyə borcludur:

Komandanın oyunçuları üçün kifayət qədər rahat mebel (stul, stol, massaj çarpayısı, asılqan, güzgü, tibb kuşetkası və s.), futbol meydançasının maketi, isti suyu olan duşlarla təchiz olunmuş paltardəyişmə otağı;

Komandaların rəhbərləri və oyunçular üçün yerlər;

Bununla yanaşı, “Neftçi” PFK 24 noyabr 2016-cı il tarixdə “Kəpəz” PFK-ya məktub ünvanlayaraq, klub rəhbərliyi üçün SKY BOX və VİP sektorlarda 25 yerin ayrılmasını istəyib. “Kəpəz” PFK tərəfindən 25 noyabr 2016-cı il tarixində klubumuza cavab məktubu ünvanlanıb və “Neftçi” PFK üçün SKY BOX və VİP sektorlarda yerlərin ayrılacağı bildirilib.

“Neftçi” PFK olaraq gələcək oyunlarda oxşar halların yaşanmaması üçün zəruri addımların atılmasını tələb edirik”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button