2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Generalın villasında fəhlə işləyən şəxs məhkəməyə məcburi gətiriləcək

Nərimanov Rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin həbsdə olan sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləyən Ramil və Vasif Aslanov qardaşlarının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bu barədə virtualaz.org saytına vəkil Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, artıq neçə dəfədir ki, zərərçəkən Elmir Həsənov məhkəmə proseslərinə gəlmir və bu səbəbdən də hər dəfə proses təxirə düşür. Zərərçəkmiş şəxsin məhkəməyə məcburi şəkildə gətirilməsi ilə bağlı vəsatət verilib. Məhkəmə vəsatəti təmin edib.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmə mayın 13-ə kimi təxirə salınıb.

İttihama görə, həbs olunan qardaşlardan biri Ramil Aslanov iş icraçısı kimi generalın Bakı şəhəri, Nərimanov rayonu, E.Qocayev 34 saylı ünvanda yerləşən yaşayış evinin tikintisində təmir bərpa işlərinə rəhbərlik edib. İşdə zərərçəkən kimi tanınan Elmir Həsənov isə evin təmirində usta kimi işləyib.

İş prosesində “podratçı” ilə icraçılar arasında pul üstündə mübahisə yaranıb. Aslanov qardaşları ilə zərərçəkən arasında dava isə general Quliyevin işdən çıxarılması, MTN-dəki mütəşəkkil qruplaşmanın zərərsizləşdirilməsi əməliyyatı ərəfəsinə təsadüf edib.

Belə ki, 7 oktyabr 2015-ci ildə evin üzlük vurulması işlərini görmüş Elmir Həsənov ona ödənilməli olan 28 min manat pulu Ramil və Vasif Aslanov qardaşlarından tələb edib. R.Aslanov isə danışdıqları puldan artıq xərclərinin çıxdığını bəhanə edərək pulu verməkdən imtina edib. Bununla bağlı E.Həsənov və Aslanov qardaşları aralarında mübahisə yaranıb. Mübahisə zamanı Vasif Aslanov onu təpiklə vurub. Aslanov qardaşları həyətdəki işçiləri qovaraq çölə çıxarıblar və dəmir qapını içəridən bağlayıblar, E.Həsənovu 30 dəqiqə ərzində villanın həyətində saxlayaraq qanunsuz azadlıqdan məhrum ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button