2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Gerasimov Moskvanın Yerevanla Bakı arasındakı vasitəçilik səylərindən danışıb

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bildirib ki, Moskva Yerevanla Bakı arasında ən kəskin ziddiyyətlərin aradan qaldırılması və sülh müqaviləsinin bağlanması istiqamətində fəaliyyətini davam etdirir.

Toplum TV xəbər verir ki, Gerasimov bu barədə dekabrın 21-də xarici hərbi attaşelər üçün brifinqdə çıxış edən zaman bildirib.

Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması, eləcə də Ermənistanla Azərbaycan arasında ən kəskin ziddiyyətlərin həlli istiqamətində məqsədyönlü iş aparır. 

Saytların yığılması Saytlarin yigilmasi

“Cənubi Qafqazda vəziyyət gərgin olaraq qalır, lakin sabitləşməyə meyllidir”, – Gerasimov bildirib.

Onun sözlərinə görə, Rusiya hərbi kontingenti Qarabağda da tapşırıqları yerinə yetirməkdə davam edir.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button