Loading...
Loading...
Cəmiyyət

Gömrük Komitəsinin daha bir generalı saxlanıldı

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Dövlət Gömrük Komitəsinin daha bir yüksək vəzifəli əməkdaşı saxlanılıb.

Məlumata görə, söhbət qurumun Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi general-mayor Məsum Rəsulovdan gedir.

Qeyd edək ki, adıçəkilən general 2006-cı ildə Dövlət Gömrük Komitəsində işə başlayıb. Onun qurumda ilk vəzifəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi olub.

Əlavə edək ki, son günlərdə DGK-nin bir neçə məmuru ayrı-ayrı vaxtlarda keçirilən əməliyyatlar nəticəsində saxlanılıb. Bunlar arasında Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev, Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov, “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov da var.

24 saat” “Gömrük Komitəsinin daha bir generalı saxlanıldı” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Gömrük Komitəsinin vəzifəli şəxsinin intiharı ilə bağlı yeni DETALLAR

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button