2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Gömrükdən yayınanların cəzası ağırlaşdırılır

Azərbaycanda gömrük ödənişlərindən yayınma ilə bağlı cəzalar ağırlaşdırılır.

Milli Məclisdən APA-ya verilən məlumata görə, prezidentin təqdimatı ilə bununla bağlı Cinayət Məcəlləsinin 209-cu (Gömrük ödənişlərinin ödənilməsindən yayınma) maddəsinə əlavə və dəyişiklik təklif edilir.

Maddənin 1-ci bəndinə ediləcək dəyişikliyə görə, xeyli miqdarda gömrük ödənişlərindən yayınma ziyanın 2 mislindən 4 mislinədək cərimə və ya 4 ilədək islah işləri ilə cəzalandırılır. Hazırda bu cəza 1000 manatdan 2000 manatadək cərimədir.

Saytların yığılması Saytlarin yigilmasi

Maddənin 2-ci bəndinə edilən dəyişikliyə görə isə, bu, təkrar törədildikdə, ziyanın 3 mislindən 5 mislinədək cərimə və ya 2 ilədək həbs nəzərdə tutulur. Hazırda bu cəza isə 2000 manatdan 5000 manatadək cərimə və ya 2 ilədək müddətə islah işləridir.

Maddənin «qeyd» hissəsinə edilən dəyişikliyə görə, külli miqdar dedikdə, 100 min manatdan artıq vəsait nəzərdə tutulur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 6-da müzakirəyə çıxarılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button