2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Göyçayda “Heydər Əliyev İli” münasibətilə işgüzar konfrans keçirilib

Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq Göyçay şəhərində “Heydər Əliyev və şanlı Zəfər tariximiz” adlı işgüzar konfrans keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Göyçay şəhərinin mərkəzində ucaldılmış abidəsini, daha sonra isə Göyçay Şəhidlər Xiyabanını ziyarət ediblər.

İştirakçılar Göyçay rayonunda Heydər Əliyev Mərkəzinin Muzey hissəsində Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlərlə tanış olublar. Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Kamal Qılıcov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunmuş Zəfərin Ulu Öndər Heydər Əliyev siyasətinin böyük təntənəsi olduğunu qeyd edib.

Konfransda çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev işgüzar tədbirin Göyçay şəhərində təşkilindən məmnunluğunu ifadə edib.

Həmçinin, Göyçay rayon prokuroru Ramin Hüseynov, Milli Məclisin deputatları Sabir Hacıyev və Məzahir Əfəndiyev, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov, Azərbaycan İnsan hüquqları üzrə müvəkkilinin Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov və digərləri fenomenal şəxsiyyət Heydər Əliyevin gənclər siyasəti, ordu quruculuğu və insan hüquqlarına verilən dəyər, Ulu Öndərin xilaskarlıq missiyası və zəngin dövlətçilik irsi mövzularında çıxış ediblər.

Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb. Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş, dövlət başçısının 2003-cü ildən başlayaraq yürütdüyü məqsədyönlü siyasət və nəticədə torpaqlarımızın işğaldan azad olunması ilə bağlı tarixi missiyasına həsr olunmuş “İlham” sənədli filmi nümayiş etdirilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button