2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Göygöldə Zəfər Günü ilə bağlı dəyirmi masa təşkil olunub

Göygöl Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda dəyirmi masa təşkil olunub.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un Qərb bürosunun məlumatına görə, tədbirdə Milli Məclisin Deputatı Elşad Mirbəşiroğlu, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, qazilər və ictimai fəallar iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən natiqlər 44 günlük Vətən müharibəsində əldə edilən böyük Zəfərin əhəmiyyətindən danışıblar. Bildirilib ki, ölkəmizin müstəqillik qazandıqdan sonra bütün sahələrdə, eləcə də iqtisadi sahədə əldə etdiyi uğurlar xalqımızı böyük Qələbəyə daha da yaxınlaşdırıb. Milli ordu quruculuğu sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər ölkəmizin hərbi qüdrətinin artmasında mühüm rol oynadı. 2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin səriştəli rəhbərliyi, ordumuzun şücaəti hesabına cəmi 44 gün ərzində xalqımız böyük Zəfərə nail olub.

Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button