2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

GRETA: “Azərbaycanda insan alverinə qarşı mübarizədə tərəqqi əldə olunub”

Azərbaycan insan alverinə qarşı mübarizədə tərəqqi əldə edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bu barədə Avropa Şurasının İnsan Alverinə Qarşı Mübarizə üzrə Ekspertlər Qrupunun (GRETA) bu gün dərc olunan yeni məruzəsində bildirilib.

Qeyd olunub ki, insan alverinə qarşı mübarizə üzrə qanunvericilik, institusional və siyasi çərçivənin daha da inkişaf etdirilməsi, maarifləndirmənin aparılması və müvafiq mütəxəssislər üçün təlimlərin keçirilməsi kimi müəyyən sahələrdə tərəqqi əldə olunub. “Bundan başqa, Azərbaycan İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin kadr potensialını və maliyyə resurslarını gücləndirib. GRETA həmçinin insan alveri ilə bağlı məhkəmə işlərində çıxarılan hökm sayının artmasını alqışlayır”, – məruzədə vurğulanıb.

Məruzədə bu istiqamətdə işlərin davam etdirilməsi tövsiyə edilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button