Loading...
Loading...
Cəmiyyət

Güclü istilər gəlir: Ən çox hansı orqanlarımıza diqqət etməliyik?

Hətta yay mövsümü üçün çox qızmar hava artıq bir çox ölkələrdə yanğına, insanların evlərini tərk eməsinə, havanın çirklənməsinə səbəb olub. Bir neçə gün əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti, bu gün isə Fövqəladə Hallar Nazirliyi havanın temperaturunun 42-44°-dək artacağı və arabir güclənən küləyin müşahidə olunacağı barədə xəbərdarlıq edib.

Həm yüksək hərarət, həm də havanın çirklənməsi orqanlarımıza zərər verə, müəyyən xəstəlikləri tətikləyə bilər. Buna xərçəng xəstəliklərini, insult və infarktı misal gətirə bilərik.

Məsələ ilə əlaqədar açıqlama verən orqan transplantasiyası sahəsində dünyada və Türkiyədə tanınmış professor Bülent Aydınlı bildirib ki, həddən artıq isti öncə dəriyə təsir edir:

“Bu zaman susuzluq davam edərsə, böyrəklər, daha sonra aşağıda sadaladığımız digər orqanlara mənfi təsirlər ola bilər.

Dəri

Qızmar günlərdə birbaşa Günəş işığına məruz qalmaq ultrabənövşəyi (UV) şüaların dəriyə əhəmiyyətli dərəcədə ziyan vurmasına səbəb ola bilər. Bədən Günəş yanığına nə qədər çox məruz qalsa, insanın dəri xərçənginə tutulma ehtimalı bir o qədər yüksəkdir.

Bundan əlavə, həddən artıq miqdarda UV dəri hüceyrələrinin DNT-sini zədələyə bilər və zərər artdıqca hüceyrələrin fəaliyyəti pozula və nəticədə dəri xərçəngi yarana bilər.

Beyin

Son araşdırmalar göstərib ki, çox isti şəraitdə beyin funksiyaları yavaşlayır və insanın aydın düşünməkdə çətinlik çəkdiyi müşahidə edilir. Bundan əlavə, həddindən artıq temperatur beyində zülal və ionların yığılmasına səbəb ola bilər ki, bu da iltihaba səbəb olur. Digər mühüm məsələ isə həddən artıq istilərin psixi sağlamlığa da mənfi təsir göstərməsi və belə günlərdə insanların daha əsəbi ola biləcəyidir.

Ağciyərlər

İsti havanın başqa bir mənfi təsiri ağciyərlərdə yaşana bilər. Yüksək temperatur tez-tez havanın durğunluğu ilə müşayiət olunur. Buna nəqliyyat vasitələrindən, elektrik stansiyalarından və fabriklərdən çıxan zərərli tüstülər əlavə olunduqda ozon qatında çirkliliyin səviyyəsi yüksəlir.

Ürək

Bədən istiləşdikcə qan damarları genişlənir, bu da təzyiqi aşağı salır. Qan təzyiqi aşağı düşəndə ürək bütün bədəndə qan dövranı üçün daha çox işləməli olur, buna görə də ürək döyüntüsü sürətlənir. Bu proses zamanı ürəyin yorğunluğu onun infarkt keçirməsinə səbəb ola bilər”.

B.Aydınlı qeyd edib ki, həddindən artıq istidə yaşlı insanlar xüsusilə diqqətli olmalıdırlar:

“Çünki bu cür hava yaşlı insanların beyin funksiyalarına çox ciddi şəkildə mənfi təsir göstərə bilər. İlk növbədə buna diqqət etməklə bol su qəbul etlməlidirlər”. (oxu.az)

24 saat” “Güclü istilər gəlir: Ən çox hansı orqanlarımıza diqqət etməliyik?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  “Günəş” bazarı sökülür? - FOTOLAR

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button