2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Güclü qar fəsadlar yaradıb

Azərbaycanda yağan güclü qar bəzi rayonlarda nəqliyyatın hərəkətində və elektrik təchizatında problemlər yaradıb. 

Toplum TV xəbər verir ki, Cəlilabadın dağlıq kəndlərində qarın hündürlüyü 50 sm-ə çatıb.  

“Report”un məlumatına görə, elektrik xətləri qırıldığından Cəlilabad şəhərinin bəzi hissələrində və bir neçə kəndə elektrik enerjisinin verilişi kəsilib. Həmçinin Biləsuvarda da oxşar problemlər baş verib. 

Saytların yığılması Saytlarin yigilmasi

Güclü qar səbəbindən Qax rayonunun Sarıbaş kəndi ilə isə əlaqə kəsildiyi bildirilir. Sarıbaş kəndində yağan qarın qalınlığı 40-50 sm-ə çatıb.

Rəsmi qurumların fəsadları aradan qaldırmaq üçün tədbirlər gördüyü qeyd olunub. 

Milli Hidrometerologiya Xidmətindən verilən məlumata görə, yanvarın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bildirilib ki, gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Amma gecə bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button