2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Gürcüstan Keşikçidağ insidenti ilə bağlı dindirmə başlayıb


Azərbaycanın Dövlət Sərhəd Xidməti iyunun 3-də gecə saatlarında məlumat yayıb ki, Gürcüstanla sərhəddə “Keşikçidağ” ərazisində bir qrup Gürcüstan vətəndaşının təxribat xarakterli hərəkətlər törədiləcəyi barədə məlumat əldə edib.

Xəbərdə deyilir ki, bununla bağlı Gürcüstanın Sərhəd Mühafizəsi də rəsmi qaydada məlumatlandırılıb.

Sərhəd Xidməti təxribatın nədən ibarət olduğu barədə əlavə məlumat verməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Gürcüstan rəsmiləri də mövzu ilə bağlı hansısa açıqlama verməyib.

 

İnsident, yoxsa tərksilah?

Keçən ilin iyulunda bir qrup Gürcüstan vətəndaşının Azərbaycan sərhədçilərinin əlindən silahları almasına dair videogörüntülər yayılıb. İnsident Azərbaycanın “Keşikçidağ”, Gürcüstanın “David Qareci” adlandırdığı məbədlə bağlı baş verib.

Azərbaycanın Xarici İşlər Nazirliyi bunu “iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat” kimi qiymətləndirmişdi.

Bundan sonra iki ölkə arasında sərhədlərin delimitasiyasına dair danışıqlar başlamışdı.

 

Yepiskopun bildikləri

Bu gün, iyunun 4-də, Keşikçidağ məbədində – gürcülərin ənənəvi – David Karecinin şərəfinə həsr olunmuş bayram keçirilib.

Tədbirdə iştirak edən Gürcü Provaslav Kilsəsinin yepiskopu Şio Muciri jurnalistlərə deyib ki, Azərbaycan tərəfinin təxribat deyərkən nəyi nəzərdə tutduğunu bilmir.

“Mənim bu barədə məlumatım yoxdur. Biz ümid edirik ki, iki ölkə arasında dostluq qorunub saxlanacaq, həqiqət ortaya çıxacaq və ölkələrarası komissiyanın işi tezliklə bərpa olunacaq. Mən detallar haqda məlumat verə bilmərəm”.

Gürcü din xadimlərinin məbəddə keçirdikləri bu mərasim heç bir hadisə olmadan başa çatıb.

 

“Vətənpərvərlik motivləri”

AzadlıqRadiosunun Gürcü xidməti iyunun 3-də məlumat yayıb ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti Keşikçidağda keçən il baş verən insidentlə bağlı “İşğal əleyhinə” hərəkatının rəhbəri David Kasavarını iki saat dindirib.

Gürcü xidməti yazır ki, David Kasavara və onun hərəkatı Keşikçidağ ətrafındakı ərazilərə “vətənpərvərlik motivləri” ilə müdaxilə edir və həm Azərbaycan tərəfi, həm də Gürcüstan rəsmiləri əleyhinə nümayişlər keçirir.

Məlumatda deyilir ki, bir qrup Gürcüstan vətəndaşı var ki, Gürcüstanın azərbaycanlılar yaşayan Kvemo Kartli və Kaxeti regionlarına müdaxilə etməyə, etnik gürcülər və azərbaycanlılar arasında qarışıqlıq salmağa cəhd edir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button