2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Gürcüstan müdafiə nazirinin müavini: “Azərbaycanla dost və tərəfdaşıq”

Gürcüstan müdafiə nazirinin müavini: Azərbaycanla dost və tərəfdaşıq

“Azərbaycanla Gürcüstan dost və tərəfdaş ölkələrdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstan müdafiə nazirinin müavini Giorgi Xaindrava noyabrın 22-də Tbilisidə Azərbaycan müdafiə nazirinin müavinləri – Baş direktor Aqil Qurbanov və Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirovla danışıqlardan sonra deyib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan regionun güclənməsi üçün çalışır:

“Ölkələrimiz arasında uzun illərdir ki, dostluq və tərəfdaşlıq əlaqələrimiz var. Əlaqələrimiz gün keçdikcə daha da genişlənir. Bu gün azərbaycanlı həmkarlarımızı “Delta” Dövlət Hərbi Elmi-Texniki mərkəzi ilə tanış etdik. Onları istehsal etdiyimiz silah və texnikalar haqqında məlumatlandırdıq”.

Qeyd edək ki, A.Qurbanov və R.Tahirov səfər çərçivəsində Gürcüstan müdafiə nazirinin müavini Giorgi Xaindrava və Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili ilə görüşüblər.

Müdafiə Nazirliyində keçirilən görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button