2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Gürcüstanda təhsil alan jurnalist təhlükədə olduğunu deyir

“Üç nəfər yaxınlaşdı, məni bıçaqla hədələdilər”

Hazırda Gürcüstanın paytaxtı Tbilisidə təhsil alan jurnalist Elməddin Şamilzadə təhdidlə üzləşdiyini deyir.

Bu barədə jurnalist “Facebook” səhifəsində məlumat paylaşıb.

Saytların yığılması Saytlarin yigilmasi

Onun dediyinə görə, dekabrın 15-də axşam saatlarında dostlarıyla Tbilisidəki məkanlardan birində əylənərkən tanımadığı 3 nəfər onu izləyib:

Onlar bizim masaya baxırdılar. Çölə siqaret üçün çıxanda dostlara xəbərdarlıq etdim ki, problem yaratsalar, mənə deyin. Çox keçmədi ki, onlardan biri çölə çıxıb “səni tanıyıram” bəhanəsi ilə məni kənara çəkməyə başladı. Uzun-uzadı mənasız söhbətlər etdikdən sonra məni daha da uzağa çəkməyə çalışdı. Bıçaq çıxardığını gördüm. Digər 2-i də orada gözləyirdilər. Mən ona gəlməyəcəyimi deyib dostarın yanına qayıdandan sonra üçü də bizə sarı gəldilər. Guya mən onlara lənkəranlı olduğumu demişəm, əslində, azərbaycanlı olduğumu deməliyəmmiş kimi mənasız söhbətlər etməyə başladılar. Digər dostlar müdaxilə edəndə söhbətin istiqamətini dəyişməyə başladılar”.

Jurnalist yazıb ki, həmin adamlar guya maşınlarının benzinin qurtardığını deyiblər və pula ehtiacları olduğunu söyləyib onlardan pul istəyiblər:

20 lari verəndə məni yenə də uzaqlaşdırmağa çalışdılar, amma dostların müdaxiləsindən bir anda gözdən itdilər”.

E.Şamilzadə həmin adamların onunla bərabər başqa bir dostunu da təhdid etdiyini vurğulayıb:

“Onu döyməklərini eşidəndə söhbətin ciddiyyətinin fərqinə vardım”.

Onları göndərənə deyirəm ki, niyyətiniz məni öldürməkdirsə, daha az ağrılı üsullar seçin. Bıçaqdan-zaddan zəhləm gedir, adam gec ölür. Tapança daha məqsədə müvafiqdir”, – deyə jurnalist əlavə edib.

O, ilk dəfə təqib olunmadığını da qeyd edib:

Daha əvvəl də məkanların birində 1 saat susaraq yan masada bizi dinləyənlərin söhbətimiz bitəndə: “Bura maraqsızlaşdı”, – deyib getmək qərarı verdikləri anda azərbaycanlı olduqlarını anlamışdım. Çöldə bir xeyli bizi gözləyəndən sonra çıxmayacağımızı görüb getdilər”.

Jurnalist məsələ ilə bağlı Gürcüstan hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button