Cəmiyyət
Həbsdə olan daha bir generalın vəziyyəti pisləşdi
Bu ilin martında həbs edilən Müdafiə Nazirliyinin (MN) general-mayoru Nizami Məmmədovun səhhəti pisləşib.
Bu barədə onun vəkili Rəşad Mirmehdizadə məlumat verib.
MN-in Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi olan N.Məmmədov dünən saxlanıldığı təcridxanadan Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb. Onun ürək-damar sistemində problemlər olduğu bildirilir.
Qeyd edək ki, N.Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılıb. 50 yaşlı general doqquz aydır ki, həbsdədir. O, külli miqdarda mənimsəmədə təqsirləndirilir. (Qafqazinfo)