Loading...
Loading...
24 saat

Həbsdə olan İlham Hüseyn xalqı mitinqə çağırdı

Binəqədi təcridxanasında cəza çəkən AXCP GK -nin sədri Ilham Hüseyn mitinqlə bağlı xalqa çağırış edib:
“Bizi həbs edən hakimiyyət nümayəndələrinə mənim adımdan çatdırın ki, bizim partiyamızda fərdlərə görə iş getmir. Nə mənim, nə də yoldaşlarımın həbsi sizi rahatlandırmasın. Nə çox Ilham, nə çox Saqif, nə çox Agillər yetişib bu partiyada. Onlar bizim yoxluğumuzu sizə hiss etdirməyəcəklər.Əziz xalqım, mən illərdir ki, bu haqq yolunda məhz sizlərin sözlərinizi deyir, problemlərinizi gündəmə gətirmişəm. Lakin müvəqqəti olaraq, cəmi 15 günlüyünə sizin sözlərinizi deməkdən azad olunmuşam. Qətiyyən narazılığım yoxdur. Bunlar biz cəbhə fəallarını həbs etməklə sizləri qorxudacaqlarını düşünürlər. Sizdən ricam,sadəcə onları yanıltmaqla,mübarizə əzminizlə onları bir daha qıcıqlandırmaq,məyus etməkdir.
Unutmayın ki, həqiqət bir gün öz yerini tapacaq,Azadlıq günəşi qaranlıqları dəf edib arzularımıza tezliklə İşıq saçacaqdır. Bu günəşin daha tez doğulması üçün meydanları doldurmanız şərtdir!”

24saat.org

Mənbə – azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button