2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Həbsdə olan jurnalist öz hüquqlarının bərpasını tələb edir

Xeberman.com saytının rəhbəri, həbsdə olan Polad Aslanov öz hüquqlarının bərpa olunması tələbilə aclıq etmək niyyətindədir. O, ölkənin baş prokuroruna müvafiq müraciət ünvanlayıb. Bu barədə onun xanımı Gülmirə Aslanova bildirib.

Onun sözlərinə görə, Polad 12 iyun 2019-cu il və 2020-ci ilin sentyabrında saxlanıldıqdan sonra qeyri-insani rəftarla bağlı şikayətlərinə dair  prokurorluğun qərarlarının ona və vəkilə verilməməsindən şikayətlənir. O zaman Aslanovu əsassız olaraq karserə salmışdılar.

Prokurorluq Aslanovun şikayətləri üzrə  cinayət işi qaldırmaqdan imtina edib, lakin bu qərarları ona və vəkilə verməyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Ona görə də baş prokurorun adına ərizə yazıb və onun şikayətlərinə dair qərarların verilməsini tələb edib”, – Aslanova deyib.

* Aslanov 12 iyun 2019-cu ildə həbs edilib. O, Cinayət Məcəlləsinin 274-cü maddəsilə (dövlətə xəyanət), əsasən İranın xeyrinə casusluq etməkdə ittiham olunub və 16 il azadlıqdan məhrum edilib.

Aslanov bütün ittihamları rədd edərək bildirib ki, xüsusi xidmət orqanları əməkdaşlarının korrupsiya faktlarını ifşa etdiyinə görə təqib olunur.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb. Beynəlxalq təşkilatlar jurnalistin həbsini pisləyiblər və onu azad etməyə çağırıblar. Sonradan Ali Məhkəmə Polad Aslanovun həbs cəzasını 13 ilə endirib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button