2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Həbsdə olan jurnalist: “Konvensiyalar Azərbaycan insanına şamil olunmayacaqsa, niyə qoşulmuşuq?”

Teymur Kərimovun apelyasiya şikayəti təmin edilməyib

Həbsdə olan jurnalistlərdən biri – “Kanal 11” internet televiziyasının direktoru, reportyor Teymur Kərimovun ev dustaqlığına buraxılması üçün vəkili məhkəməyə vəsatət vermişdi. Bir müddət əvvəl Nərimanov Rayon Məhkəməsi bu vəsatəti təmin etməmiş, vəkil də həmin qərardan apelyasiya şikayəti vermişdi. Şikayətə martın 11-də Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Məhkəmədə Teymur Kərimov bildirib ki, ona qarşı irəli sürülən hədə-qorxu ilə tələbetmə ittihamı əsassızdır. O vurğulayıb ki, jurnalist fəaliyyətinə – qanunsuzluqları çəkib göstərdiyinə görə cəzalandırılır.

Saytların yığılması Saytlarin yigilmasi

“Həbsim birmənalı şəkildə jurnalist fəaliyyətimlə bağlıdır. Mən həbs olunacağımı əvvəldən hiss eləmişdim. Əgər Azərbaycanın qoşulduğu konvensiyaların maddələri Azərbaycan insanına şamil olunmayacaqdısa, niyə bu konvensiyalara qoşulmuşuq?” – Teymur Kərimov məhkəmədə çıxışında belə deyib.

Birinci instansiyada olduğu kimi, apelyasiya məhkəməsində də müstəntiq Teymur Kərimovun ev dustaqlığına buraxılmasına etiraz edib. Deyib ki, hələ istintaq davam edir və bu müddətdə Teymur Kərimovun azadlıqda olması məqsədəuyğun deyil. Çünki istintaqın gedişinə mane ola bilər, qaçıb gizlənə bilər və s.

Teymur Kərimovun özü də, vəkili də bu arqumentlərin əsassız olduğunu bildiriblər.

Lakin Bakı Apelyasiya Məhkəməsi də şikayəti təmin etməyib – jurnalisti ev dustaqlığına buraxmaqdan imtina edib.

Dekabrın 11-də saxlanılan Teymur Kərimov haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələbetmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə təkrar törədildikdə) maddələrilə ittiham olunur. İddia olunur ki, o, video-reportajları silmək üçün iki nəfərdən pul tələb edib.

Teymur Kərimov bildirib ki, bu ittiham tamamilə yalandır. Onun sözlərinə görə, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində əvvəl onu narkotiklə şərləmək istəyiblər. Hətta narkotiki üzərinə götürməsi üçün döyüblər. Lakin bunu qəbul etmədiyini görəndə şantaj ittihamı ortaya çıxıb.

Teymur Kərimov deyib ki, o, heç kimdən hədə-qorxu ilə pul istəməyib. Həbsinin səbəbi jurnalist fəaliyyəti, hazırladığı video-reportajlardır. O xatırladıb ki, son bir neçə ayda ölkədə 20-yə yaxın jurnalist həbs olunub.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button