2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Həbsdə olan keçmiş icra başçısı 730 min manatlıq borc ödəyib 

Şəmkirin həbsdə olan keçmiş icra başçısı Alimpaşa Məmmədov 730 min manat məbləğində kredit borcunu ödəyib. Bununla da iş üzrə mülki iddiaçı qismində tanınmış Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyan artıq tam ödənilmiş hesab edilib. 

Alimpaşa Məmmədov 2021-ci ilun aprelində həbs olunub. Keçmiş icra başçısı 10 milyon manatlıq yeyintidə və başqa vəzifə cinayətlərində təqsirləndirilib. 2022-ci ilin noyabrında məhkəməsi başlayıb və 1 ilə yaxın davam edib. Keçmiş icra başçısı məhkəmədə özünü ittihamlar üzrə təqsirli bilib və məhkəmənin kəsəcəyi hər bir cəzanı çəkməyə hazır olduğunu bildirib. Ötən ilin oktyabrında prokuror məhkəmədə keçmiş icra başçısına 13 illik həbs cəzası istəsə də, mülki iddiaçı qismində tanınmış Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi məhkəmə istintaqının yenilənməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.  

Məlum olduğu kimi, keçmiş icra başçısının cinayət işinə görə əmlakları üzərinə həbs qoyulub. Həmin əmlaklara “Şəmkir Səbət” MMC və “Abad Şəmkir” MMC daxildir. Bu əmlaklar Sahibkarlığın İnkişafı Fondundan kredit öhdəliyi ilə aşağı qiymətə alınıb. İstintaqın gedişi zamanı ödəniş tam yekunlaşmadığı üçün məhkəmənin qərarı ilə əmlaklar üzərinə həbs qoyulub. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən əvvəlki iclasda mülki iddiaçının nümayəndəsi kredit borcunun ödənilməsi qarşılığında əmlaklar üzərindəki həbs qərarının götürülməsini istəmişdi. Elə zərərçəkmiş də buna görə istintaqın təzələnməsi üçün vəsatət vermişdi. Zərər ödənildiyindən növbəti məhkəmə prosesində həmin epizod üzrə verilmiş ittihama xitam veriləcəyi gözlənilir. 

Saytların yığılması Saytlarin yigilmasi

Alimpaşa Məmmədovu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həbs etmişdi. İttiham aktında qeyd olunub ki, Alimpaşa Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarını oğlu Adilin və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satılmasına nail olub. Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını yenə oğlu Adilə cəmi 180 manata satılmasını təmin edib.

Bundan başqa, Alimpaşa Məmmədov Şəmkir rayonu ərazisində abadlıq işlərinin görülməsi ilə bağlı “Ağstafasutikinti” MMC-nin hesabına köçürülmüş yüz minlərlə manat dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinir. Ona verilən ittihamlardan biri Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan 1 milyondan çox rüşvət almasıyla bağlıdır.

Alimpaşa Məmmədova qarşı irəli sürülmüş ittihamlardan biri rüşvət yoluyla əldə etdiyi 832 min manatı oğlu Adilin adına təsis etdiyi “Az Forel” MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli miqdarda pulu leqallaşdırıb.
Alimpaşa Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Alimpaşa Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq dövründə Alimpaşa Məmmədovun ailəsinə məxsus olan bir qisim əmlakların üzərinə həbs qoyulub:

1. “Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat)
2. “Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat)
3. Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat).

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button