2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Həlak olan gizir Əhmədov pulla briqadaya götürülüb?-araşdırılacaq

Azərbaycan ordusunda rüşvət iddiasının araşdırılacağı gözlənir.

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistanla sərhəddə baş verən toqquşmalarda həlak olan gizir Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş olub.

Bu barədə “Turan”a Müdafiə Nazirliyindən bildirilib.

“Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb. Qeyd edək ki, müdafiə nazirinin tapşırığına əsasən, hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək”, – cavabda bildirilir.

Sənan Əhmədov ötən gün, sentyabrın 14-də verdiyi və sosial şəbəkələrdə yayılan açıqlamada qardaşı Səbuhi Əhmədovdan komando briqadasına qəbul olmaq üçün 6 min manat rüşvət alındığını deyib. O, qardaşının həmin pulu bankdan kreditə götürdüyünü bildirib.

Son günlər Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib. Azərbaycan 71, Ermənistan isə 105 hərbi qulluqçu itirdiyini bildirib. Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi. Döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button