2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Həmid Həmidov: “Azərbaycan Prezidenti bütün vədləri yerinə yetirib”

“Azərbaycan vətəndaşlarının müəyyən hissəsi əvvəlcə 8 noyabr 2020-ci il tarixində Şuşada dayanmağımızın, irəli getmədiyimizin səbəbini başa düşmürdü, şübhə edirdi. Baxmayaraq ki, bir müddət sonra Azərbaycan Prezidenti bütün bunları izah etdi”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, “Global Media Group”un media direktoru, tanınmış jurnalist Həmid Həmidov bununla bağlı fikirlərini Baku TV ilə bölüşüb.

“Təəssüflər olsun ki, ölkəmizdə bəzi insanlar müvəqqəti olaraq Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazinin yaxın gələcəkdə, tamamilə məhz bizim nəzarətimizdə olacağına şübhə edirdilər.

Təəssüflər olsun ki, skeptisizm ifadə edən və onu hər cür yayan insanlar oldu. Biz onlara dönə-dönə başa salmalı olduq ki, hər şey yaxşı olacaq və tezliklə bu ərazilər tamamilə bizim nəzarətimizə keçəcək. Əvvəla, Prezident dəfələrlə bildirib ki, nəyi necə, nə vaxt etmək lazımdır mükəmməl bilir və bütün bunlar mərhələli şəkildə həyata keçirilir. Bu ilin 19-20 sentyabrında hər şey belə oldu.

İkincisi, Qarabağda bu və ya digər şəkildə müşahidə etdiyimiz bütün hadisələr onu deməyə əsas verirdi ki, hər şey 2020-ci il müharibəsindən sonra sülhməramlıların nəzarətində müvəqqəti olan bütün ərazilərin tezliklə bizim nəzarətimizə keçəcəyinə doğru gedir.

Dövlət başçımız bir dəfə də olsun boş yerə söz deməyib, bütün vədləri yerinə yetirib”, – deyə H. Həmidov vurğulayıb.

Daha ətraflı “Baku TV”nin yeni süjetində:

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button