2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Hərbi ekspert: “Azərbaycan “IDEF-23” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində ən fəal iştirakçılardandır”

“Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “IDEF-23” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində 8-ci dəfədir iştirak edir və ən fəal iştirakçılardandır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”un Türkiyə bürosuna İstanbulda keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak edən azərbaycanlı hərbi ekspert Rahib Əsədov deyib.

Onun sözlərinə görə, sərgidə yerləşdirilən Azərbaycan stendi hər il daha çox ziyarətçinin marağına səbəb olur.

R.Əsədov onu da bildirib ki, gələn il sentyabrın 24-dən 26-dək regionda müdafiə sənayesinə həsr olunan ən böyük tədbir olan 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (“ADEX”) keçiriləcək.

Hərbi ekspert söyləyib ki, bu barədə “IDEF-23” beynəlxalq tədbirində məlumat lövhəsi də yerləşdirilib. O qeyd edib ki, yüksək səviyyəli beynəlxalq tədbir hər il Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button