2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Hərbi ekspert: “Qanunsuz hərbi birləşmələr anlamalıdırlar ki, gələcəkdə əməliyyatlar daha sərt olacaq”

“Qanunsuz hərbi birləşmələr anlamalıdırlar ki, bu cür təxribatçı əməlləri davam etdirərlərsə, o zaman gələcəkdə əməliyyatlar daha konkret və sərt olacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”a açıqlamasında qanunsuz hərbi birləşmələrin Qarabağda son təxribatı və Azərbaycan Ordusunun cavab addımlarını şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib.

Onun sözlərinə görə, Qarabağ ərazisində həyata keçirilən hərbi əməliyyatların tək səbəbkarı erməni tərəfidir və məsuliyyəti də məhz onlar daşıyır: “Bildiyiniz kimi, separatçıların içində revanşist, təxribatçı qüvvələr çoxluq təşkil edir və onların tək məqsədi Azərbaycan ərazisində asayişi pozmaqdır. Azərbaycan tərəfinin keçirdiyi preventiv tədbirlər nəticəsində müəyyən uğurlara nail olunub və bundan sonra da belə olacaq. Həmin qüvvələrə qarşı keçirilən antiterror əməliyyatları Azərbaycanın beynəlxalq və yerli hüquq tərəfindən qorunan haqqıdır”.

İ.Rüstəmli deyib ki, Azərbaycan bu istiqamətdə kifayət qədər ciddi və konkret addımlar atır: “Rəsmi Bakı dəfələrlə bəyan edib ki, həmin bölgədəki silahlı birləşmələrin fəaliyyəti cinayətdir. Qanunsuz hərbi birləşmələrin rəhbərləri anlamalıdırlar ki, bu cür təxribatçı əməlləri davam edəcəksə, o zaman gələcəkdə əməliyyatlar daha konkret və sərt olacaq. Azərbaycanın bu məsələdə qərarlı olması kifayət qədər hüquqidir və bütün təxribatların qarşısı qətiyyətlə alınacaq”.

Xatırladq ki, iyunun 27-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Əsgərimizin yaralanmasından sonra erməni separatçılarına qarşı keçirilən “Qisas” əməliyyatı nəticəsində qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edilib. Beləliklə də, hər dəfə Azərbaycan və Ermənistan arasında sülh danışıqları ərəfəsində bu cür erməni təxribatları törədilir və bu artıq ənənə şəklini alıb. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü ərəfəsində törədilən bu təxribatı da məqsədyönlü şəkildə törədilmiş bir insident hesab etmək olar.

Qeyd edək ki, bu insident ilk hadisə deyil və erməni separatçıları bundan əvvəl də analoji təxribatlara yol veriblər – “Fərrux” və “Sarıbaba” əməliyyatlatı buna bariz nümunədir. Erməni silahlı birləşmələrinin həmin ərazilərdə yol verdikləri təxribatlara layiqli cavab verilib. Konkret olaraq “Fərrux” əməliyyatı nəticəsində Xaçınçay su anbarı üzərində olan təhlükə aradan götürülüb. Daha sonra separatçılara qarşı “Sarıbaba”, “Qırxqız” və digər istiqamətlərdə də layiqli cavab verilib. Ən əsası odur ki, əməliyyatlar ona görə həyata keçirilib ki, məhz separatçılar mövqelərimizə hücum edib və ardınca da cavab addımları atılıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button