2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Hərbi Prokurorluq: 153 şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2016-cı ildə korrupsiya və rüşvətxorluq hallarına qarşı görülən mübarizə tədbirləri nəticəsində 153 şəxs barəsində 117 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə cəlb edilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, bunu qurumun kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini – respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

X.Vəliyev bildirib ki, cinayət törətmiş şəxslərin əməlləri nəticəsində dövlətə vurulmuş 1 102 641 manat məbləğində maddi ziyanın istintaq zamanı ödənilməsi təmin edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Ötən il həmçinin əmək, xidməti və icra intizamı ilə əlaqədar yol verdikləri kobud pozuntulara görə hərbi prokurorluğun 9 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button