2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Hərbi qulluqçularla tərbiyəvi işin təşkili üzrə metodiki məşğələlər keçirilib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, “Tərbiyəvi işin təşkili və psixoloq” ixtisası üzrə zabitlərin iştirakı ilə metodiki məşğələlər keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin nümayəndələri bir neçə hərbi hissədə tərbiyəvi işin təşkili mövzusunda görüşlər keçiriblər.

“Tərbiyəvi işin təşkili və psixoloq” ixtisası üzrə zabitlərlə keçirilən görüşlərdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, hərbi xidmətə yeni gəlmiş hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsində, onların xidmətə adaptasiyasında, şəxsi heyətin xidməti təhlükəsizliyinin və sağlamlığının qorunub saxlanılmasında, eləcə də hərbi intizamın möhkəmləndirilməsində zəruri metodiki tövsiyələr verilib.
Görüşlər zamanı, həmçinin Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər barədə hərbi qulluqçulara məlumatlar verilib, qarşıda duran müvafiq tapşırıqların həlli mövzusunda zabitlərin üzərinə düşən vəzifə və məsuliyyətlər bir daha ətraflı izah olunub.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button