2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Hərbi texnikanın hərəkəti barədə məlumat yayanlar həbs olunacaq

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti haqqında məlumatları yaymaq cinayət məsuliyyəti yaradacaq.

Toplum TV xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında qəbul edilib. 

Dəyişikliyə əsasən, Silahlı Qüvvələrinin şəxsi heyətinin və ya hərbi texnikasının hərəkəti haqqında məlumatları yayma, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni əməllər ağır nəticələrə səbəb olduqda isə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bu qərar dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatlara şamil edilməyəcək.

Eyni məlumatları mediada, sosial şəbəkələrdə yayan hərbi qulluqçulara və ya toplanışa çağırılmış hərbi vəzifəlilərə 10 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Bu gün Milli Məclisin qəbul etdiyi daha bir qərara əsasən, Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn atributları hazırlayanlar 12 ilədək həbs olunacaqlar. 

Eyni əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə isə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button