2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Hakimiyyət öz biznesini xilas etməyi düşünür

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli

Hakimiyyət aclıq, ölüm təhlükəsilə üz-üzə qalan yüz minlərlə vətəndaşa yardım etməyə yox, bizim pulumuzla öz banklarının və otellərinin itkilərini kompensasiya etməyə hazırlaşır!

Saytların yığılması Saytlarin yigilmasi

COVİD-19-un əsas özəlliyi immun sistemi zəif olan insanlar arasında daha çox letal nəticələr doğurmasındadır. Bir qayda olaraq orqanizmi inkişafda olduğu üçün immuniteti güclü olan 0-9 yaşlı körpələr arasında, xoşbəxtlikdən, ölüm faktları qeydə alınmayıb. Avropada ölənlər arasında kişilərin orta yaşının 79, qadınların orta yaşının 82 olması bununla bağlıdır. O yaşda olan insanların immun sistemi bir qayda olaraq çox zəiflədiyi üçün yaşlılar koronavirusun başlıca hədəfinə çevrilir.

Azərbaycanda koronavirusdan ölənlər arasında 79, 82 yaşlı şəxslərə rast gəlməyəcəksiniz. Çünki, ölkəmizdə bu yaşda insanlar, demək olar ki, yoxdur. Maddi və mənəvi məhrumiyyətlər içində həyat sürdürən, əslində isə sürünən Azərbaycan insanı 65-70 ildən çox yaşamır.

Bu baxımdan məni ən çox narahat edən məsələ insanlarımızın, hətta uşaqlarımızın immun sisteminin zəifliyi fonunda COVİD-19-un doğura biləcəyi nəticələrdir.

Azərbaycan vətəndaşları uzun illərdir ki, normal qidalanmır. Ölkəmizdə qidasızlıqdan əziyyət çəkən təkcə 700 min uşaq olduğunu BMT-ın Səhiyyə Təşkilatı hələ 2015-ci il devalvasiyasından öncə açıqlamışdı. 2015 və 2016-cı il devalvasiyaları nəticəsində insanlarımız kütləvi şəkildə müflisləşəndən sonra vəziyyət vəziyyət daha da ağırlaşıb. Əminliklə demək olar ki, indi normal qidalanmayan uşaqlarımızın sayı ən azı iki dəfə çoxdur.

Dünya Bankının hesablamalarına görə 2015-2016-cı illərdə Azərbaycanın bölgələrində yaşayan insanların 33 faizi, Bakı sakinlərinin isə 26 faizi yoxsul olub. Bu, 2015-2016-cı illərin statistikasıdır, indi durum daha ağırdır. Yoxsul qidasızlıqdan əziyyət çəkən, səfalət içində vurnuxan insanların immun sisteminin nə qədər zəif, xəstəliklərə nə qədər açıq və müqavimətsiz olduğunu təsəvvür etmək çətin deyil.

Bütün bunları nəzərə alsaq, ölkəmizdə koronavirusun yayılması Avropa ölkələrindən fərqli istiqamətdə cərəyan edə bilər. İmmun sistemi onsuz da çox zəif olan, illərdir yoxsulluqdan əziyyət çəkən, normal qidalana bilməyən, evinə aylarla ət, meyvə ala bilməyən yüz minlərlə insan arasında koronavirus daha ağır fəsadlar, daha kütləvi faciələr doğura bilər.

Bu faciələrin qarşısını almaq üçün:

  1. Sərt karantin rejiminə ciddi əməl edilməli, insanlar evlərində qalmalı və canlı ünsiyyət minimuma endirilməlidir.
  2. Ən azı 33 faizi yoxsul, fiziki cəhətdən zəif, əksəriyyəti xəstə olan insanların sərt karantin rejiminə əməl edib evindən çıxmaması üçün onların ərzaq tələbatı ödənməlidir! İnsan öləcəksə, onun evində aclıqdan, yaxud koronavirusdan ölməsi arasında heç bir fərq yoxdur.
  3. Kirayədə yaşayan yüz minlərlə insanın durumu isə, ümumiyyətlə, fəlakətlidir. Onlara “evində qal” deyən dövlət evlərinin olmamasını nəzərə almalı, kirayə haqlarının ödənməsinə maddi dəstək verməlidir.

Dövlət hakimiyyəti dövlət resurslarından sui-istifadə etməklə öz şəxsi biznesinin-banklarının, hotellərinin, turizm obyektlərinin, aviaşirkətlərinin itkilərini kompensasiya etməyi yox, öz yarıtmaz, korrupsioner idarəçiliyinin nəticəsində səfalətə, yoxsulluğa məhkum etdiyi taqətsiz insanları labüd aclıqdan xilas etməyi düşünməlidir!

Ancaq görünən odur ki, hakimiyyət insanlara bir qəpik yardım ayırmır, ancaq öz biznesininin itkilərinin yerini doldurmaq üçün dövlətin resurslarını xərcləməyi planlaşdırır.

Təcili olaraq bütün vətəndaşlara 500 manat həcmində birbaşa maddi yardım ayrılmalı, dövlət 3 ay müddətində bütün kommunal və rabitə (internet, telefon) xərclərini öz üzərinə götürməli, bütün kredit ödənişləri 3 ay müddətinə dayandırılmalıdır!

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button