2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Hindistanda daşqın: ölənlərin sayı 22-yə çatıb

2023-07-10 15:20:27

Hindistanın şimal ştatlarında həftəsonu yağan güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində insan itkiləri artır. Səlahiyyətlilərin verdiyi açıqlamada həyatını itirənlərin sayının 22-yə çatdığı və itkin düşənlərin axtarışlarının davam etdiyi bildirilib. Paytaxt Yeni Dehlidəki məktəblərdə dərslər dayandırılarkən, Himaçal Pradeş və Uttarxand ştatlarının səlahiyyətliləri əhaliyə lazım olmadıqca evlərini tərk etməmələri barədə xəbərdarlıq edib.

Himaçal-Pradeşdə daşqınlar nəticəsində körpü uçub və daxmaları sel suları aparıb. Sel nəticəsində yollarda və körpülərdə qalanlar helikopterlə xilas edilib. Küçə və prospektlərin su basdığı ​​ərazilərdə xilasetmə qrupları insanları qayıq və kəndirlərlə evlərindən çıxarıb.

Saytların yığılması Saytlarin yigilmasi

Meteoroloji xidmətin verdiyi açıqlamada, musson mövsümü başlayandan iyunun 1-dən bəri Dehlidə orta hesabla 112 faiz, Pəncabda 100 faiz, Himaçal Pradeşdə isə 70 faiz çox yağış yağdığı bildirilib. .

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button