2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

HİV-ə yoluxanlar: Aralarında donor qanının köçürülməsi nəticəsində yoluxan da var

Bu ilin birinci yarısında HİV-ə yeni yoluxma halları ilə bağlı 283 fakt aşkarlanıb. Onlardan 276-ı (97,5%) Azərbaycan vətəndaşlarında, 7-i (2,5%) isə əcnəbilərdə aşkarlanıb.

 

Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat veriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Xəbərdə deyilir ki, qeydiyyata alınan 276 yerli sakinlərdən 180-i (65,2%) kişi, 96-sı (34,8%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 86 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçib.

İİV-infeksiyası/QİÇS pandemiyası dünyada aparılan çöxşaxəli mübarizə tədbirlərinə baxmayaraq, inkişafını davam etdirməkdədir. “Azərbaycan İİV-infeksiyasına yoluxma səviyyəsi üzrə aşağı olan ölkələr sırasına daxildir. Burada epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqələri, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılılıb. Belə ki, 2016-cı ilin birinci yarım ili ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 20,3 faizi, 1987-2016-cı illər ərzində isə aşkar olunan halların 49,2 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib”, -deyə xəbərdə bildirilir.

2016-cı ilin 6 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları belə olub: 56 nəfər (20,3%) parenteral, 160 nəfər (58,0%) heteroseksual, 5 nəfər (1,8%) homoseksual kontakt nəticəsində, 4 nəfər (1,7%) şaquli yolla, 51 nəfərin (18,5%) yoluxma yolu müəyyənləşdirilməkdədir. Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2016-cı ilin iyul ayınadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 4955 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 3607-si (73,2%) kişi, 1348-i (26,8%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1798 nəfər.

İİV-lə yaşayan insanlardan 47 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 42,1 faizində heteroseksual, 1,8 faizində isə homoseksual kontakt nəticəsində, 1,8 faizində anadan uşağa keçməklə, 0,02 faizində (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. 7,3 -də yoluxma yolu müəyyən edilməyib.

Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində, bu ilin 6 ayı ərzində 69796 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 44 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button