Loading...
Loading...
Gündəm

Hüquqşünas: “İnanmıram ki, hansısa ölkədə vətəndaşla məhkəmə arasında belə məktublaşma olsun”

Hüquqşünas Xalid Bağırov Konstitusiya Məhkəməsinə məktubla müraciət edib. 

O, bu məktubunu Konstitusiya Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli məktubuna cavab kimi yazdığını deyib: “Mənim 17 dekabr 2021-ci ildə məhkəmənizə daxil olmuş Bakı Apelyasiya Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 3(103)-2503/2021 saylı qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğun olmayan hesab edilməsinə dair şikayətimi yuxarı qeyd etdiyim 21 dekabr 2021-ci il tarixli məktubunuzla geri qaytarmısınız. Bu məktubunuz mənim bu şəkildə sizə cavab yazaraq yenidən şikayəti sizə təqdim etməyə məcbur edib. İnanmıram ki, dünyanın hansısa ölkəsində vətəndaşla Konstitusiya Məhkəməsi arasında bu şəkildə məktublaşma dialoqu ola bilər”. 

“Görünən odur ki, bu, Azərbaycanın hüquq reallığı üçün adi sayıla biləcək fenomendir. Onu da qeyd edim ki, mənimlə Siz Məhkəmə arasında məsələnin qeyri-prosessual məcraya keçməsinin təqsirkarı mən yox,  21 dekabr 2021-ci il tarixli məktubunun forma məzmunu ilə Konstitusiya Məhkəməsidir”, – deyə hüquqşünas qeyd edib.  

O daha sonra qeyd edib:

“Keçək mətləbə… Mənim şikayətimi qaytararkən məktubunuzda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 34.2, 34.4.1, 34.7.2 35.3-cü maddələrinə istinad etmisiniz. 

Bu maddələrin müddaları aşağıdakılardan ibarətdir:
– Hər kəs insan hüquq azadlıqlarını pozan məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə şikayət verə bilər;
– Konstitusiya Məhkəməsinə müraciət etmədən əvvəl məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə etməlidir;
– Konstitusiya Məhkəməsinə şikayət axırıncı məhkəmə instansiyası qərarı qüvvəyə mindiyi andan 6 ay ərzində verilməlidir.

Qeyd edim ki, mənim məhkəməyə verdiyim şikayət inzibati xətalara dair icraat üzrə Bakı Apelyasiya Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 3(103)-2503/2021 saylı qərarındandır. 

Müvafiq hüquq normalarına istinad etmədən (Jura novit curia) sizə xatırlatmaq istəyirəm ki, inzibati xətalara dair işlər üzrə icraat ikipilləli (birinci instansiya olaraq rayon məhkəmələrinin, ikinci instansiya olaraq apellyasiya məhkəmələrinin) məhkəmə araşdırmasının predmetini təşkil edir. 

Mənim şikayət verdiyim Bakı Apelyasiya Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 3(103)-2503/2021 saylı qərarı bu mübahisə üzrə axırıncı qərardır. Həmin qərardan hər hansı Məhkəmə instansiyasına şikayət verilməsi nəzərdə tutulmayıb mən həmin qərardan 6 ay keçmədən Konstitusiya Məhkəməsinə şikayət etmişəm. 

Bəs o zaman Konstitusiya Məhkəməsi şikayətimi niyə qaytarır?  Məktubunuzda qalın şiriftlə qeyd etdiyiniz “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 34.4.1-ci maddəsinin məzmunundan – “məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edildikdən sonra axırıncı məhkəmə instansiyasının qərarının (Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının) qüvvəyə mindiyi andan altı ay müddətində” belə ehtimal etmək olar; demək istəyirsiniz ki, Sizin məhkəməyə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarından 6 ay ərzində şikayət verilə bilər.

Gözdən qaçırmayın:  Jitomir bombardumandan sonra - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Məhkəmənin hər bir mövqeyinə hörmətlə yanaşıram. Hər bir halda qəbul edirəm ki, Jura novit curia.

Çünki unutmamışam ki, siz Konstitutusiya Məhkəməsisiniz Azərbaycan Respublikası Konstitusiyasının Qanunlarının normalarını şərh etmək (hətta Konstitusiyaya uyğun olmayan hüquq normalarını qüvvədən salmaq) hüququ sizə aiddir. 

Odur ki, Sizə Konstitusiya Məhkəməsi olduğunuzu xatırladıb Sizdən xahiş edirəm: aramızda baş verən bu epistolyar janrı hüquqi prosessual çərçivəyə qaytarıb, şikayətim üzrə Konstitusiya Məhkəməsi olaraq qərar qəbul edib “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 34.4.1-ci maddəsini şərh edəsiniz. 

Bununla da bəyan edin ki, Biz Konstitusiya Məhkəməsi olaraq bütün mütərəqqi dünyada gedən insan hüquq azadlıqlarının genişləndirici təfsiri dinamikasından imtina edirik “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 34.4.1-ci maddəsinin effektiv təfsirindən qaçırıq. Yəni maddənin dar tekstual təfsirinə sığınaraq hesab edirik ki, qeyd olunan maddəyə əsasən, Konstitusiya Məhkəməsinə ancaq axırıncı instansiya olaraq Azərbaycan Respublikası Ali Məhkəməsində baxılan işlərdən şikayət verilə bilər. 

Bununla da ölkədə olan minlərlə, axırıncı instansiya olaraq Apelyasiya Məhkəməsində baxılan işləri (o cümlədən cinayət prosessində məhkəmə nəzarəti, inzibati xətalar dair işlər, bir sıra mülki mübahisələr üzrə icraatları) Konstitusiya Məhkəməsinin nəzarətindən kənarda qoyuruq. 

Düzdür, bu qərarınızla siz Azərbaycan vətəndaşına Avropa İnsan Hüquqları Məhkəməsində daha dar az təminat vermiş olacaqsınız (çünki Avropa İnsan Hüquqları Məhkəməsi axırıncı instansiya olaraq Apelyasiya Məhkəməsində baxılan işləri tükəndirilmiş işlər olaraq icraatına qəbul edir baxır). Bu mövqeyiniz nə qədər pis mövqe olsa da, heç olmasa hüquq çərçivəsində bir mövqe olacaq bir vətəndaş – Konstitusiya Məhkəməsi olaraq bir birimizə subliminal mesajlar verməkdən qurtulacağıq.  

Elə bu məktubumu da,  “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 34.4.1-ci maddəsinin axırıncı məhkəmə instansiyasının qərarının (Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının) qüvvəyə mindiyi andan altı ay müddətində” müddəsından şikayət kimi qəbul edə bilərsiniz. 

Məhkəməyə hər bir hakimə dərin hörmətlə: Xalid Bağırov
02 yanvar 2022
Bakı şəhəri, Gənclər meydanı, 1″.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun