2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İcma: Fransanın anti-Azərbaycan fəaliyyətinə görə UNESCO-nun baş qərargahı bu ölkədən çıxarılmalıdır

Fransanın mədəniyyət sahəsində anti-Azərbaycan fəaliyyətləri UNESCO-nun baş qərargahının Fransa ərazisindən çıxarılmasını zəruri edir.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, belə bir tələblə Qərbi Azərbaycan İcması çıxış edib.

Qeyd edilir ki, Fransa rəsmilərinin Azərbaycanla bağlı gülünc açıqlamaları artıq heç kimi təəccübləndirmir: “Bu dəfə “estafeti” Fransanın mədəniyyət naziri qəbul etmişdir. Fransız nazir ölkəsinin “Qarabağda erməni mədəni irsini peyk vasitəsilə çəkdiyini və məlumat bazasının yaradıldığını” bildirmişdir.

Hiss olunur ki, özlərindən müştəbeh Fransa rəsmilərinin beynəlxalq hüquq, dövlətlərarası münasibətlər, davranış barədə bilikləri ibtidai səviyyədədir. Əks təqdirdə, suveren dövlətin razılığı olmadan belə yaramaz və irqçi əməllərlə məşğul olmazdılar”.

İcmadan vurğulanıb ki, Fransanın bu açıqlaması açıq-aşkar həyasızlıqdır: “Bunu əsrlər boyu Afrika xalqlarının mədəni irsini oğurlamış bir ölkənin naziri deyir. Bəzi məlumatlara görə, Fransanın təkcə Afrikadan oğurladığı mədəni irs nümunələrinin sayı 90 mindir. Fransanın mədəniyyət naziri qoy gedib ölkəsinin Afrikadan oğurladığı mədəni irsin geri qaytarılması ilə məşğul olsun. Azərbaycanın şarlatanlardan öyrənəcəyi bir şey yoxdur.

Bundan başqa, fransalı nazir böhtan atmaq əvəzinə, Ermənistanda və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində Azərbaycan mədəni və tarixi abidələrinin Ermənistan tərəfindən kütləvi şəkildə dağıdılmasına münasibət bildirməlidir.

Fransanın ikinci Qarabağ müharibəsindən sonra UNESCO-da anti-Azərbaycan fəaliyyəti, UNESCO-nu özünün çirkin siyasətinin alətinə çevirməsi bu təşkilatın müstəqilliyinə ciddi xələl gətirmişdir. Fransa UNESCO-nun baş qərargahının ölkə ərazisində olmasından sui-istifadə edərək humanitar mahiyyətli bu təşkilatı siyasiləşdirir və gözdən salır. Hesab edirik ki, bütün bu baş verənlər UNESCO-nun baş qərargahının Fransa ərazisindən çıxarılmasını zəruri edir”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button