2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İctimai fəalın cinayət işi ağırlaşdırılıb

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov qəsdən sağlamlığa ağır zərər vurma və qanunsuz soyuq silah gəzdirmə maddələrilə təqsirləndirilir.

Afiəddin Məmmədovun işi üzrə istintaq bitib və ittiham olunduğu maddələr ağırlaşdırılıb. 

Bu barədə dekabrın 27-si vəkil Zibeydə Sadıqova Toplum Tv-yə məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilib ki, ictimai fəal artıq Cinayət Məcəlləsinin 126.2.4-cü, 228.4-cü və 221.3-cü maddələri ilə ittiham olunur: 

“O, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma, qanunsuz soyuq silah gəzdirmə maddələri ilə ittiham olunur”.

Vəkil deyir, Afiəddin Məmmədov təqsirləndirildiyi ittihamları qəbul etmir və həbsini fəaliyyəti ilə əlaqələndirir.

Qeyd edək ki, Afiəddin Məmmədov daha əvvəl Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham olunurdu.

İctimai fəal Afiəddin Məmmədov 2022-ci ildə  “Demokratiya 1918” Hərəkatının idarə heyətinin üzvü, həmçinin hərəkatın İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının Kuryerlər Birliyinin üzvü olub.  Fəal “Wolt” və “Bolt food” yemək daşıma şirkətinin fəaliyyətindən narazı olan işçilərin keçirdiyi silsilə etiraz aksiyalarının təşkilatçısı olub.

“Demokratiya-1918” Hərəkatı bu ilin sentyabrında fəaliyyətini dayandırıb. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button