2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İƏT-in əmək nazirlərinin Bakıda keçiriləcək konfransında müzakirə olunacaq məsələlər açıqlanıb

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mühüm tədbirinə – Təşkilata üzv ölkələrin əmək nazirlərinin V konfransına ev sahibliyi etməyə hazırlaşır.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib.

İƏT-ə üzv ölkələrin əmək nazirlərinin V konfransı 21-23 noyabr 2023-cü il tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək.

İƏT-ə üzv ölkələr arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi və birgə səylərin gücləndirilməsində İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin konfransları xüsusi əhəmiyyət kəsb edir. Bakıda keçiriləcək növbəti konfrans da bu məqsədə xidmət edəcək.

Nazirlikdən bildirilib ki, tədbir təşkilata üzv ölkələrin sosial sahənin, o cümlədən əmək bazarının inkişaf etdirilməsi, məşğulluq, işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, əmək miqrasiyası, işçi qüvvəsinin təkmilləşdirilməsi kimi hər bir ölkə üçün vacib sosial məsələlərin həlli istiqamətində qarşılıqlı faydalı əlaqələrin genişlənməsinə öz dəyərli töhfəsini verəcək.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button