2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“III Respublika” Platforması Araz Əliyevin “yoxa” çıxması ilə bağlı bəyanat yayıb

“Araz Əliyevin yaxınlarına və müstəqil vəkilə çıxışı təmin edilmədən tutulması beynəlxalq insan haqları hüququnda qəti surətdə qadağan edilən inkommunikado həbsdir”

“III Respublika” Platforması Qurucu Heyətinin üzvü Araz Əliyevdən dünəndən xəbər olmamasını onun oğurlanması kimi dəyərləndirir.

Bu barədə dekabrın 24-də Platformanın yaydığı bəyanatda qeyd olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bəyanatda qeyd olunur ki, sərt avtoritar qaydalarla idarəetməyə aludə olan Azərbaycanın hüquq-mühafizə orqanları uzun illərdir Əliyev hökumətinin tənqidçilərini adam oğurlamaq yolu ilə həbs etməyi artıq vərdişə çevirib:

“Araz Əliyevin də belə bir oğurlama hadisəsinin qurbanı olması şübhə doğurmur. Onun yoxa çıxmasından keçən bir sutka ərzində israrlı müraciətlərə baxmayaraq, polis orqanlarının susqunluğu bu şübhəmizi daha da möhkəmləndirir”.

“Əlavə olaraq qeyd edirik ki, Araz Əliyevin yaxınlarına və müstəqil vəkilə çıxışı təmin edilmədən tutulması beynəlxalq insan haqları hüququnda qəti surətdə qadağan edilən inkommunikado həbsdir. Bu cür həbslər insanların azadlıq haqqının kobud və özbaşına pozuntusudur”, – bəyanatda bildirilib.

Bildirilir ki, ailə üzvləri və vəkilin Araz Əliyevin harada olması barədə axtarışları heç bir nəticə vermir:

“Araz Əliyev tanınmış ictimai-siyasi fəaldır və hazırki hökumətin ardıcıl tənqidçilərindəndir. O, siyasi fəaliyyətini III Respublika Platformasının Qurucu Heyətinin üzvü kimi, ictimai aktivlik fəaliyyətini N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü kimi, intellektual peşə fəaliyyətini isə Bakı Dövlət Universitetinin müəllimi kimi davam etdirir”.

“Araz Əliyevin tutulması açıq-aşkar siyasi motivlidir və Azərbaycan hökuməti siyasi motivli həbsləri dayandırmağa dair beynəlxalq hüquqi öhdəlik daşıyır”,-deyə bəyanatda vurğulanıb.
Bəyanatda son günlər vüsət alan repressiya dalğasının dayandırılması, Araz Əliyevin, eləcə də həbs edilmiş bütün jurnalistlərin və ictimai-siyasi fəalların dərhal azad edilməsi hökumətdən tələb olunur:

“Eyni zamanda, bütün Azərbaycan ictimaiyyətinə müraciət edərək ölkədə baş alıb gedən qanunsuzluqlara, günahsız insanların zindanlara atılmasına biganə qalmamağa, insan haqqlarının müdafiəsində, xüsusilə də ölkənin avtoritar idarəetmədən xilas edilməsi üçün fəallığa səsləyirik!”.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button