2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İki İsrail aviaşirkəti Bakıya uçuşlar həyata keçirəcək

Bakı/10.08.21  “Arkia Airlines” və “Israir Airlines” İsrail aviaşirkətləri tərəfindən Təl-Əviv – Bakı – Təl-Əviv istiqamətlərində hava daşımalarının həyata keçirilməsi məqsədilə Azərbaycanın Milli aviadaşıyıcısı (AZAL) Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargahdan lazımi icazəni alıb. Bu barədə AZAL-ın mətbuat xidmətinin məlumatında deyilir.

Beləliklə, “Arkia Airlines” aviaşirkəti tərəfindən avqustun 15-dən etibarən həftədə iki dəfə – cümə axşamı və bazar günləri Təl-Əviv şəhərindən Heydər Əliyev Beynəlxalq Aeroportuna və əks istiqamətdə uçuşların həyata keçirilməsi üçün lazımi icazə veriib. 

Eyni marşrut üzrə “Israir Airlines” aviaşirkəti tərəfindən avqustun 15-dən etibarən həftədə iki dəfə – bazar ertəsi və cümə günləri uçuşların həyata keçirilməsinə icazə verilib. Avqustun 18-dən etibarən aviadaşıyıcının uçuş cədvəlinə həftənin çərşənbə günləri daha bir reys əlavə olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əlavə, AZAL həftədə iki dəfə – cümə axşamı və bazar günləri Təl-Əviv – Bakı – Təl-Əviv marşrutu üzrə xüsusi reyslər yerinə yetirir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən İsrail vətəndaşları aşağıdakı şərtlərlə Azərbaycana səyahət edə bilərlər:

tam peyvənd olunmaları barədə sertifikat (COVID-19 pasportu) və ya xəstəlikdən sağalmaları barədə arayış təqdim etdikdə;

uçuşdan əvvəl 72 saat ərzində rəsmiləşdirilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsi barədə arayış təqdim etdikdə.

18 yaşınadək İsrail vətəndaşları Azərbaycana hava nəqliyyatı ilə gəldikdə yalnız PCR testinin neqativ nəticəsi barədə arayış təqdim edə bilərlər. Bir yaşınadək uşaqlar üçün sertifikat və arayışın təqdim edilməsi tələb olunmur.

İsrailə səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları İsrail ərazisinə giriş icazəsi almalıdılar. Pandemiya dövründə İsrail ərazisinə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış olmaq olar: https://www.azal.az/az/information/covid-israel  

 Azərbaycanda COVID-19-a dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin rəsmi saytında təqdim edilib: https://www.azal.az/az/information/covid-clinics 

Sərnişin Təl-Əvivdən Bakıya səyahət etdiyi zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş istənilən klinika və ya laboratoriyada verə bilər.

Qeyd olunan marşrutun sərnişinləri COVID-19-a dair testin nəticəsinin uçuşdan əvvəl 72 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar. -06D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button