Cəmiyyət

İkram Rəhimov həbsdə qaldı

Baş redaktorun şikayəti təmin olunmadı

Bakı Apelyasiya Məhkəməsi dekabrın 6-da “realliq.info” saytının həbsdə olan baş redaktoru İkram Rəhimov barəsində qərardan vəkillərinin verdiyi şikayətinə baxıb. Jurnalistin özü də prosesdə iştirak edib.

İkram Rəhimov deyib ki, istintaqdan gizlənmək, yayınmaq kimi niyyəti olmayıb. Ona görə də rayon məhkəməsinin həbs tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsindən imtina etməsi qanuni deyil.

Ancaq Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrlik etdiyi kollegiya Səbail Rayon Məhkəməsinin İ.Rəhimovun ev dustaqlığına buraxılmaması haqqında qərarını qüvvədə saxlayıb.

İkram Rəhimov oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin CM-in 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs kimi saxlanılıb. İ.Rəhimov ittihamları rədd edir.

 

24saat.org xəbəri Meydan TV-yə istinadən təqdim edir

Gözdən qaçırmayın:  Ukraynada əsir götürülən Əzizin ailəsi danışdı - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button