Now Reading:
“İlham Əliyev Cümhuriyyət dəyərlərinə sadiq olsaydı…”

“İlham Əliyev Cümhuriyyət dəyərlərinə sadiq olsaydı…”

AXCP sәdri Әli Kәrimli Cümhuriyyәtin 100 illiyinә dair ölkә başçısı İlham Әliyevin verdiyi qәrar barәdә Azadlıq radiosunin sualını cavablandırıb. AXCP sәdri deyib ki, iqtidarın Cümhuriyyətin 100 illiyini layiqincə qeyd edəcəyinə inanmır, әgәr İlham Əliyev Cümhuriyyәt dәyərlərinə sadiq olsaydı, siyasətini başqa cür qurardı:

“İlk növbədə o, bütün siyasi məhbusları azad edərdi. Necə ola bilәr ki, 100 il әvvәl dünyanın ən qabaqcıl Cümhuriyyətini qurmuş dövlətdə 150-ə qədər siyasi məhbus olsun, bu dövlət dünyada adambaşına düşən siyasi məhbusların sayına görə 1-ci olsun?! Bu, dərhal aradan qaldırılmalıdır. İkincisi, normal, demokratik rəqabət şəraitində seçkilər keçirilməlidir, böyük siyasi islahatlar aparılmalıdır. Demokratik seçki keçirməyən bir ölkədə Cümhuriyyətin yubileyinin keçirilməsinin bir mənası olmaz”.
azadliq.info

Input your search keywords and press Enter.