Loading...
Loading...
24 saat

İlham Əliyev qeyri-rəsmi işləyənlərlə mübarizəyə başladı

Ölkə başçısı İlham Əliyev  “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Tədbirlər Planının icrasını əlaqələndirmək 2017-ci ilin martında yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına həvalə edilib. Komissiya icranın gedişi barədə hər 6 aydan bir ölkə prezidentinə məlumat verməlidir.

Rəsmi iş qeydiyyatında olmayanlara qaşı hökumətin ciddi addımlar atmasını tələb edən bu sərəncamla büdcəyə daha çox vəsait cəlb etmək məqsədi güdülür.

Qeyri-rəsmi məşğulluq da gizli iqtisadiyyatın bir elementi hesab olunur. İlham Əliyev gizli iqtisadiyyatın vətəndaşların payına düşən hissəsini aradan qaldırmaq qərarına gəlib. Bu o deməkdir ki, bir müddət sonra gizli iqtisadiyyatın ciddi şəkildə azaldılması hesabatı veriləcək.

Gəlir əldə edən bütün vətəndaşların vergiyə cəlb olunması üçün böyük kampaniya başlayacaq. Büdcəyə oliqarxların deyil, sadə vətəndaşların əldə etdiyi gəlirlərin bir hissəsi cəlb olunacaq.

Büdcə vəsaitlərinin geniş miqyasda mənimsənildiyi ölkədə ilk növbədə yüksək vəzifəli şəxslərin bu sərəncamın yerinə yetirilməsi məticəsində daha çox qazanacaqları şübhə doğurmur.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button