2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İlham Əliyev yenidən MOK-un prezidenti seçilib

Bakı/16.12.21 2021-ci il dekabrın 16-da Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda VIII hesabat-seçki Baş Məclisi keçirilib. Bu barədə MOK-un mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, MOK-un İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının hesabat məruzəsi dinlənilib.

Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilib.

Saytların yığılması Saytlarin yigilmasi

Daha sonra İlham Əliyev, Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftaxetdinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Könül Nurullayeva, Mariana Vasileva və Ramil Hacı MOK-un İcraiyyə Komitəsinin üzvü seçiliblər.

İclasda MOK-un Təftiş Komissiyasına üzvlərin də seçkisi baş tutub. Lyudmila Şubina, Hicran Şərifov, Balakişi Qasımov, Niyaməddin Paşayev və Yaşar Bəşirov Təftiş Komissiyasına üzv seçiliblər.

Xatırladaq ki, Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci ildə yaradılıb. İlham Əliyev 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentidir. -05D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button