2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İlham Əliyev: Ermənistan eyni vaxtda iki və ya daha çox stulda oturmaq istəyir

“Ermənistan müstəqil dövlət deyil, o eyni vaxtda iki və ya daha çox stulda oturmaq istəyir”.

Toplum TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşündəki çıxışında deyib. 

Prezidentin sözlərinə görə, Ermənistan rəhbərliyinin siyasəti xalqın iradəsinə əsaslanmır:

Saytların yığılması Saytlarin yigilmasi

“Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir”.

İlham Əliyev SPECA-ya üzv dövlətlərin isə əsl müstəqil ölkələr olduğunu, çünki müstəqil xarici və daxili siyasət apardıqlarını bildirib. 

SPECA Avropa və Çin arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda yeni çağırışlar qarşısında nəqliyyat əlaqələrinin rolunun artırılmasına həsr olunub.

Noyabr ayının 20-dən 24-dək keçirilən tədbir Azərbaycanın Proqramda sədrliyi çərçivəsində həyata keçirilib. 

Sözügedən tədbirdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qırğızıstan Prezidenti Sadır Japarov, Macarıstanın Baş naziri Viktor Orban, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvini və digər yüksək səviyyəli qonaqlar iştirak ediblər. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button