2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İlham Əliyev: Ermənistan Konstitusiyaya dəyişiklik etsə, sülhə nail oluna bilər

Prezident İlham Əliyev bildirib ki, Ermənistan Azərbaycanla sülh istəyirsə, Konstitusiyasına düzəlişlər etməlidir. 

Toplum Tv xəbər verir ki, bu barədə Prezident fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edən zaman bildirib. 

Onun sözlərinə görə, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb:

Saytların yığılması Saytlarin yigilmasi

“Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir”. 

İlham Əliyev həmçinin vurğulayıb ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. 

Prezident Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini də qeyd edib. Onun sözlərinə görə, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addımdır və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button