2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İlham Əliyev: İndi yeni dövr başlayır 

“İndi yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq”.

Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində səsləndirib.

Prezident çıxışında iqtisadi məsələlərdən də danışıb. Onun sözlərinə görə, iqtisadi sahədə aparılan islahatlar Azərbaycanda tamamilə yeni investisiya iqlimi yaradıb.

Saytların yığılması Saytlarin yigilmasi

Dövlət başçısı qeyd edib ki, əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir:

“Əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü elə göstərəcək, sıçrayış elə böyük olacaq ki, bunu hər kəs görəcək”. 

İlham Əliyev çıxışında həmçinin vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadi inkişafının yeni dayaq nöqtəsi olacaq.

O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək, – deyə Prezident çıxışında qeyd edib. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button