2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İlham Əliyev Paşinyanla görüşdən razı qalıb

Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şolzun təşəbbüsü ilə fevralın 17-də Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən görüşdən razı qalıb.

Toplum TV xəbər verir ki, bu barədə Prezident fevralın 18-də Münxendə ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti Helqa-Mariya Şmidlə keçirilən görüşdə məlumat verib.

İlham Əliyev Paşinyanla görüşün konstruktiv və faydalı mühitdə keçdiyini qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, artıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqlar əldə olunub. O, bu xüsusda xarici işlər nazirləri səviyyəsində tezliklə görüşün keçiriləcəyinin razılaşdırıldığını diqqətə çatdırıb.

Sülhün əldə edilməsinin və sülh müqaviləsinin imzalanmasının çox real olduğunu vurğulayan Prezident regionda de-fakto sülhün mövcud olduğunu bildirib.

COP29-a sədrliyin Azərbaycana verilməsi prosesinin Ermənistanla Azərbaycan arasında qarşılıqlı anlaşma və kompromis şəraitində reallaşmasının özünün bütövlükdə müsbət bir addım olduğu, bu dinamikanın davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Prezident görüş zamanı həmçinin Minsk qrupu kimi mexanizmlərin artıq mövcudluğuna ehtiyac olmadığını da qeyd edib.

İlham Əliyev hazırda ATƏT çərçivəsində büdcə problemlərinin olduğunu nəzərə alaraq, mövcud məhdud maliyyə resurslarını daha məqsədyönlü hədəflərə doğru yönəltməyin vacib olduğunu vurğulayıb.

 

 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button