2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İlham Əliyev seçkilərin niyə növbədənkənar keçirilməsinə aydınlıq gətirib

Prezident İlham Əliyev fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amilləri açıqlayıb.

Toplum TV xəbər verir ki, bu barədə Prezident yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib.

Prezident açıqlamasında bunun, ilk növbədə, sentyabr hadisələrindən sonra yeni dövrün başlanğıcı ilə əlaqədar olduğunu bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, bunun ikinci səbəbi Azərbaycannın müstəqilliyi dövründə ərazilərinin  hər bir yerində keçiriləcək birinci seçkilərin məhz prezident seçkilərinin olmasının vacibliyidir.

Prezident digər səbəbi isə bu cür izah edib: “Mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur”.

İlham Əliyev həmçinin qeyd edib ki, müstəqillik tarixinin ən həlledici məqamı məhz 2003-cü il olub:

“Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi”.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button