2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“İlham Əliyev seçkini Kremlin başının qarışdığı vaxtda keçirməklə Rusiyanın təsirini minimuma endirir”

Washington Post” Azərbaycandakı seçkidən yazıb

İlham Əliyev Qarabağdakı populyarlığından istifadə edərək seçkini önə çəkib. Əsas iki müxalifət partiyası seçkidə və səsvermədə iştirak etməmək qərarı alıb, –  “Washington Post” belə yazır.

Qəzet əlavə edir ki, Azərbaycanda seçki Rusiya Prezidenti Vladimir Putinin 24 illik hakimiyyətini uzadacağına əmin olduğu seçkilərdən az əvvəl keçirilir:

Saytların yığılması Saytlarin yigilmasi

“İlham Əliyev seçkini sırf Kremlin başının qarışdığı vaxtda keçirməklə Rusiyanın Azərbaycandakı seçkilərə mümkün təsirini minimuma endirir”.

Müxalifət partiyalarının seçkidə iştirak etməməsinə gəlincə, Müsavat başqanı Arif Hacılı bildirib ki, buna səbəb seçkilərin demokratik keçirilməyəcəyidir.

Arif Hacılı və Əli Kərimli. Foto: Meydan TV

Bir çox jurnalist və siyasi fəal həbsdədir. 200-dən çox siyasi məhbus var. Seçki qanunvericiliyi ilə bağlı ciddi problemlər var və seçki komissiyaları əsasən, hakimiyyətin təsiri altındadır”, – Hacılı bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə deyib ki, ictimai müzakirələr olmadan növbədənkənar seçkilərin keçirilməsinə çağırış hakimiyyətin siyasi rəqabətdən qorxduğunu göstərir. İlham Əliyevin hakimiyyəti dövründə siyasi debatları, söz azadlığını cilovlayan və getdikcə sərtləşən qanunlar qəbul edilib. Müxalifət xadimləri, müstəqil jurnalistlərin həbsi artıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button