2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İlham Əliyev Xankəndi stadionunda çıxış edib

Bu gün Xankəndi şəhər stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları üz-üzə gəlib.

Toplum TV xəbər verir ki, qarşılaşmadan əvvəl Prezident İlham Əliyev stadionda çıxış edib.

Saytların yığılması Saytlarin yigilmasi

Prezident nitqində bildirib ki, bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var:

“Xankəndi qədim Azərbaycan diyarıdır. Qarabağ xanı tərəfindən bu kəndin təməli qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılıb”.

İlham Əliyev bildirib ki, bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir: 

“Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir. Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ-Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir”.

Prezident həmçinin qeyd edib ki, bütün başqa şəhərlər kimi bu gün Ağdam şəhəri də yenidən qurulur. 

Onun sözlərinə görə, bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşasına başlanılacaq.
 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button