2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İlham Əliyevi tənqid edən fəal polisin tələbinə tabe olmama ittihamıyla həbs olundu

Orxan Baxışlı son vaxtlar bənzər ittihamla həbs olunan beşinci AXCP üzvüdür”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Orxan Baxışlı həbs olunub. Oktyabrın 17-də Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədov onun haqqında 20 günlük inzibati həbs qərarı çıxarıb. Qərara əsasən, AXCP fəalı İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Orxan Baxışlı haqqında inzibati xəta protokolunda iddia edilir ki, o, oktyabrın 16-da axşam saat 19.00 radələrində küçədə telefonla möhkəm səslə danışarkən söyüş söyüb. Polislər ona yaxınlaşıb, intizamlı olmasını tələb ediblər, şəxsiyyət vəsiqəsini istəyiblər. Lakin o, polislərin tələbinə əməl etməyib. Özünü təqdim etməkdən də imtina edib. Üstəlik, söyüşlərini də davam etdirib.

Saytların yığılması Saytlarin yigilmasi

Orxan Baxışlı məhkəmədə deyib ki, protokolda yazılanlar da, polislərin dedikləri də yalandır. Onun sözlərinə görə, nə söyüş söyüb, nə də tabesizlik göstərib.

Lakin hakim Bəxtiyar Məmmədov polislərin izahatı və tərtib etdiyi protokol əsasında 1995-ci il təvəllüdlü Orxan Baxışlı haqqında 20 sutkalıq həbs qərarı çıxarıb.

AXCP-dən Meydan TV-yə bildirilib ki, polisə müqavimət ittihamı saxtadır. Partiyadan verilən məlumata görə, Orxan Baxışlı son vaxtlar bənzər ittihamla həbs olunan beşinci cəbhəçidir.

“Cinayət işlərində narkotik olduğu kimi, inzibati həbslərdə də polisə müqavimət, ünvansız söyüş söymə standart ittihamdır. Son bir ay ərzində nə qədər AXCP üzvünə və digər ictimai siyasi fəallara eyni ittiham verilib. Guya hamısı küçədə telefonla danışanda söyüş söydü, polis yaxınlaşıb intizama dəvət elədi, bunlar da müqavimət göstərdi. Bu cür gülünc ittihamlarla qərar çıxaran hakimlər görəsən özləri haqqında nə düşünür? Ölkədə ictimai-siyasi fəallara qarşı aşkar repressiya gedir”, – AXCP-dən bildirilib.

Orxan Baxışlı həbsindən bir gün öncə “Facebook” hesabında İlham Əliyevin prezidentliyinin 20 ilinin tamam olmasıyla əlaqədar onu tənqid edən status paylaşıb. İlham Əliyevin Xankəndidəki fotosuyla birlikdə paylaşımın altında AXCP fəalı yazıb:

“Saxta Respublikanın bayrağı saxta prezidentliyinin 20 illiyində ayaqlar altına atıldı. Xalq isə 20 il keçsə də, sussa da, saxtakarlığı, xalqa qarşı təcavüz tarixini unutmayıb. Xalq işğala, saxta Respublikaya son qoyduğu kimi, bir gün bu saxtakarlığa da son qoyaraq, haqq etdiyi azad, firavan Azərbaycanı quracaq”.

Saxlanıldıqdan sonra həmin paylaşım silinib.

Son bir ay ərzində AXCP üzvlərilə yanaşı, Demokratiya və Rifah Partiyasının (ADR) üzvləri, sosial şəbəkələrdə müharibə əleyhinə fikirlər paylaşan ictimai fəallar da həbs olunub.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button