2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İlham Əliyevlə Ceyms O’Brayn Ermənistanla münasibəti, eləcə də enerji sahəsindəki əməkdaşlığı müzakirə ediblər

“Bu görüş regionda davamlı, ləyaqətli sülhün bərqərar olması tarixi imkanlar açacaq”

Dekabrın 6-da Bakıda olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycanın Prezidenti İlham Əliyevlə görüşüb.

“Prezident.az”ın yazdığına görə, İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyini qeyd edib:

Saytların yığılması Saytlarin yigilmasi

Prezident Ermənistanın Azərbaycan ərazilərinə silah-sursat və hərbi qulluqçular göndərdiyini, separatizmi dəstəklədiyini vurğulayaraq anti-terror tədbirlərini öz suveren ərazilərində keçirdiyini, təcavüzkar separatizmə son qoyduğunu və əməliyyatın keçirilməsi zamanı nümunəvi şəkildə beynəlxalq humanitar hüququn tələblərinə riayət etdiyini, mülki insanlara və infrastruktura hər hansı zərərin dəymədiyini bildirib. Həmçinin, ölkə başçısı deyib ki, münaqişə başa çatandan və Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə bilər”.

Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu və bərpaolunan enerji potensialının inkişafı istiqamətində Xəzərdə və Qara dənizdə həyata keçirilən layihələri qeyd edib.

Ceyms O’Brayn da ABŞ ilə Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu və ölkələrin yaxşı tərəfdaşlar olduqlarını vurğulayıb:

“O, Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-ın roluna toxundu, ölkəsinin regionda sülh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini dedi, bu xüsusda danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu diqqətə çatdırdı”.

Diplomat Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsinin ABŞ tərəfindən dəstəkləndiyini qeyd edib. Brayn ABŞ-Azərbaycan münasibətlərində gələcəyə baxışın vacibliyini bildirdi”,-deyə məlumatda bildirilir.

Görüşdə ikitərəfli münasibətlərin irəli aparılması üçün qarşılıqlı səfərlərin bərpa edilməsi müsbət addım kimi dəyərləndirilib.

Ceyms O’Brayn “X” (Twitter) sosial platformasındakı hesabında yazıb ki, ABŞ-Azərbaycan münasibətlərinin gələcəyini müzakirə etmək üçün İlham Əliyevlə ilk konstruktiv söhbət aparıb:

“Bu görüş regionda davamlı, ləyaqətli sülhün bərqərar olması tarixi imkanlar açacaq”.

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Ceyms O’Braynla görüşüb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button